Yazını böyüt
Yazını kiçilt
"İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani hava hücumunda öldürülüb".
Hafta.az xəbər verir ki, İsrail müdafiə naziri İsrael Katz bu barədə bildirib.
Bildirilib ki, müdafiə naziri bu səhər İsrail Baş Qərargah rəisi general-leytenant Eyal Zamirdən Bəsic komandiri Qulamrza Süleymaninin və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Tehranda öldürüldüyü barədə məlumat alıb.
İsrail tərəfi onların zərbə zamanı sağ qalmaq şansının olmadığını bildiriblər.